Gökdeniz Karadeniz Rusiyanın "Rubin-2" komandasının baş məşqçi vəzifəsindən ayrılıb.
"Report" xəbər verir ki, bu barədə Kazan klubunun mətbuat xidməti məlumat yayıb.
Türkiyəli mütəxəssisi müvəqqəti olaraq onun köməkçilərindən Andrey Fyodorov əvəzləyəcək.
Məşqçi 2023-cü ildən Kazan təmsilçisinin ehtiyat komandasına rəhbərlik edirdi və üç mövsüm ərzində kollektivə iki dəfə II Liqanın B divizionunun bürünc mükafatını qazandırıb.
Qeyd edək ki, G.Karadeniz futbolçu kimi 2008-2018-ci illərdə "Rubin"in heyətində çıxış edib və Kurban Berdıyevin rəhbərliyi altında iki dəfə Rusiya çempionu olub.