Azərbaycanın Ermənistanla birgə icra etdiyi sülh razılaşması dünya ölkələri üçün çox güclü bir siqnaldır.
"Report"un məlumatına görə, bunu "Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvü, Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel yanvarın 9-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.
O qeyd edib ki, çətinliklərə, keçmiş və indiki iztirablara baxmayaraq, gələcəyə kiçik də olsa, nikbinliklə və ümidlə baxmaq üçün ortaq iradə var:
"Bu da bizim təşviq və müdafiə etmək istədiyimiz dəyərlərə bağlıdır. Çünki biz hesab edirik ki, bu dəyərlər gələcəkdə daha çox təşviq olunmalıdır. Bir daha qeyd etmək istəyirəm, biz Sizin liderliyinizi, bu sülh razılaşmasını təqdir edirik. Mükafatla bağlı verdiyimiz qərarla biz bu sülh razılaşmasının reallığa çevrilməsi üçün Sizin göstərdiyiniz bütün səylərə dəstək olduğumuzu nümayiş etdirmək, region və Cənubi Qafqaz, həmçinin daha geniş bölgə üçün müsbət ümidlər və perspektivlər arzulamaq istəyirik".