IMG-LOGO

Keçmiş məcburi köçkün: Bu gün həyatımın ən yaddaqalan günlərindəndir

21 Jan 2026 06:45 2 baxış
IMG

Bu gün həyatımın ən yaddaqalan günlərindəndir. Şükür ki, öz yurdumuza qayıdırıq.

Bunları "Report"a Xankəndi sakini Ülviyə Quliyeva deyib.

O, qeyd edib ki, sevincinin hədd-hüdudu yoxdur:

"Allah Prezident İlham Əliyevin canını sağ eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Xankəndini tərk edəndə uşaq idim. İndi ora ailəmlə, övladlarımla qayıdıram. Bizə dörd otaqlı mənzil verilib".

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İlk mərhələdə Xankəndi şəhərinə 36 ailə - 162 nəfər köçürülüb.

Xəbər lenti