IMG-LOGO

Portuqaliya 20 il sonra parlament səviyyəsində Türkiyəyə ilk səfərini həyata keçirib

21 Jan 2026 01:52 4 baxış
IMG

Portuqaliya hökuməti parlament səviyyəsində 20 il sonra Türkiyəyə ilk səfərini həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) "X" hesabında məlumat yayılıb.

Portuqaliya Assambleyasının prezidenti Joze Pedro Aquiar-Branko Türkiyə parlamentində Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.

Portuqaliya Respublikası Məclisinin sədri ilə təkbətək və nümayəndə heyətləri arasında görüş keçirilib. 2026-cı ilin Türkiyə ilə Portuqaliya arasındakı diplomatik əlaqələrin yenidən qurulmasının 100-cü ildönümü olduğu qeyd olunub.

Söhbət zamanı Portuqaliyanın Fələstin dövlətinin müstəqilliyini tanıması xüsusi qeyd olunub.

Xəbər lenti