Türkiyə Böyük Millət Məclisində (TBMM) ordunun dəniz qüvvələrinin Ədən Körfəzi, Somalinin ərazi suları, Ərəb Dənizi və bitişik bölgələrdə xidmət müddətinin 10 fevraldan etibarən daha 1 il uzadılmasına dair Prezidentin fərmanı qəbul edilib.
"Report"un Türkiyə mediasına istinadən xəbərinə görə, AKP-nin Kayseri üzrə deputatı və TBMM Milli Müdafiə Komissiyasının sədri Hulusi Akar fərmanla bağlı məlumat verib.
O, Türkiyənin bayrağına edilən hücuma da münasibət bildirib.
"Bayrağımıza uzadılan əllər ya qırılıb, ya da qırılacaq, buna heç kimin şübhəsi olmasın", - Akar deyib.