Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə amerikalı həmkarı Pit Heqset arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Söhbət zamanı ikitərəfli münasibətlər müzakirə edilib. Tərəflər habelə Suriyadakı hadisələr başda olmaqla, regional müdafiə və təhlükəsizlik məsələlərini də nəzərdən keçiriblər.