IMG-LOGO

Prezident: Azərbaycan və Ermənistan arasında sülh prosesi unikal haldır

20 Jan 2026 21:06 5 baxış
IMG

Ermənistan və Azərbaycan arasında sülh prosesi beynəlxalq siyasətdə unikal haldır.

"Report"un Davosa ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda paneldə deyib.

"Bu, yəqin ki, tərəflərin otuz il davam edən müharibədən sonra əsl sülhə nail ola bildiyi unikal hallardan biridir", - deyə prezident bildirib.

Xəbər lenti