IMG-LOGO

Burhanettin Duran: Türkiyənin təhlükəsizliyinə yönəlik hər təhdidin cavabı veriləcək

20 Jan 2026 18:27 5 baxış
IMG

Nusaybin-Kamışlı sərhədinin Suriya tərəfində YPG tərəfdarlarının şanlı bayrağımıza qarşı xaincəsinə hücumu, xalqımızın dincliyini pozmağa və terrorla mübarizəmiz çərçivəsində inkişafları hədəf almağa yönəlmiş açıq təxribatdır.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" hesabında məlumat yayıb.

Onun sözlərinə görə, bu cür əməlləri planlaşdıranlar bilməlidirlər ki, Türkiyənin təhlükəsizliyinə yönəlik hər təhdid qətiyyətli şəkildə cavabını alacaq.

Qeyd edək ki, hadisə ilə əlaqədar olaraq Türkiyənin müvafiq qurumları tərəfindən dərhal istintaq başladılıb.

Xəbər lenti