IMG-LOGO

Ukraynalı politoloq: Qanlı Yanvar hadisələri xalqın sovet rejiminə qarşı üsyanı, etirazı idi

20 Jan 2026 16:06 3 baxış
IMG

Azərbaycanda 1990-cı ilin Yanvar hadisələri tək ziyalıların deyil, bütün xalqın kommunist rejiminə qarşı üsyanı, etirazı idi.

Bunu "Report"un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının keçmiş deputatı, politoloq Vladimir Tsibulko 20 Yanvar hadisələrini şərh edərkən deyib.

"Qorbaçov qoşunları şəhərə çıxarmağa və silah tətbiq etməyə əmr verdi. Niyə məhz Bakı? Çünki Bakı Qafqazın iqtisadi cəhətdən ən güclü inkişaf etmiş mərkəzi idi. Və Qafqazın əsas respublikasının əzilməsi digərlərinə da öz gücünü proyeksiya etmək imkanı verirdi",- politoloq vurğulayıb.

Keçmiş deputat bildirib ki, "Qorbaçov rejimi başa düşürdü ki, əgər Bakıdakı etirazı əzməsə, bu etiraz bütün Sovet İttifaqını dağıdacaq. Biz 86-87-ci ildə Qazaxıstandakı kütləvi həyəcanı, 1989-cu ildə Tbilisidə baş verənləri də xatırlayırıq".

"Xatırlayırıq ki, Bakıdan bir il sonra Vilnüsdə də qan töküldü. Lakin Bakı sovet rejiminin təkcə Qafqazda deyil, bütün SSRİ-də ölkədə geridönməz nöqtəsinə çevrildi. Ardınca Ukrayna ayağa qalxdı, Litva, Baltik ölkələri və nəhayət, hər şey Qorbaçov üçün kədərli sonluqla bitdi. Bakıdan sonra isə ölkələr sərt bir dərs aldı. Anladılar ki Rusiyadan böyük qan tökmədən uzaqlaşmaq mümkün deyil", - politoloq əlavə edib.

Xəbər lenti