20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə ən faciəli, kədərli, lakin eyni zamanda qəhrəmanlıq və şücaət dolu səhifələrindən biri kimi daxil olaraq, müstəqillik və azadlıq uğrunda mübarizənin, sarsılmaz iradənin simvoluna çevrilib.
"Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında, Moldova parlamentinin deputatı İon Qroza bildirib.
"36 il əvvəl vətənpərvər ruhlu Azərbaycan oğulları və qızları öz azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etdilər. Azadlıq uğrunda həlak olan Vətənin cəsur oğul və qızları Azərbaycanın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Azərbaycan xalqı 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini dərin ehtiramla yad edirik. Moldova Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə daim hörmət edir", - deputat əlavə edib.