Niderland millisinin və Almaniyanın "Bayer 04" klubunun qapıçısı Mark Flekken təxminən iki ay yaşıl meydanlardan kənarda qalacaq.
"Report" insayder Florian Plettenberqə istinadən xəbər verir ki, buna 32 yaşlı qolkiperin "Hoffenhaym"a uduzduqları (0:1) Bundesliqanın oyununda zədələnməsi səbəb olub.
Tibbi müayinədən sonra futbolçuya sağ dizində bağın yırtılması diaqnozu qoyulub. Bu isə o deməkdir ki, oyunçu təxminən iki ay meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Mark Flekken cari mövsüm 26 matçda iştirak edib.