ABŞ-da bir pasiyent narkozdan ayıldıqdan sonra bilmədiyi ispan dilində sərbəst danışmağa başlayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Stiven Çeyzin sözlərinə görə, 19 yaşında keçirdiyi əməliyyatdan sonra xəstəxanada ayılanda tibb personalı ilə ispan dilində danışmağa başlayıb, halbuki o ispanca bilməyib:
“Tibb bacıları deyir ki, ayıldıqdan sonra mənə özünüzü necə hiss edirsiniz? və ağrınız var? kimi suallar veriblər, mən də onlara ispan dilində cavab vermişəm. Hazırda 33 yaşım var və artıq bu dili ana dili səviyyəsində sərbəst bilirəm”— deyə Çeyz bildirib.
O hesab edir ki, bu xüsusiyyət uşaq yaşlarında formalaşıb. Çünki o, ən yaxın dostunun evində çox vaxt keçirib və dostunun valideynləri daim ispan dilində danışırmış.
narkoz ispan dili