IMG-LOGO

Lavrov: Ermənistan eyni vaxtda Aİ və Aİİ-nin üzvü ola bilməz

20 Jan 2026 14:01 4 baxış
IMG

Ermənistan eyni zamanda həm Avropa İttifaqının (Aİ), həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü ola bilməz, çünki bu iki təşkilatda iştirak bir-birinə ziddir.

"Report"un məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bəyan edib.

S.Lavrov qeyd edib ki, bu məsələni Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Baş nazir Nikol Paşinyanla dəfələrlə müzakirə edib.

Xəbər lenti