Qazaxıstanda vitse-prezident postu yaradılacaq.
"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev Qızılordada keçirilən Milli Kurultayın iclasında bildirib.
"Yeni vacib bir təkliflə çıxış etmək istərdim. Təklif olunan yenilik bir neçə il ərzində metodiki şəkildə qurduğumuz bütün siyasi konstruksiyanı üzvi surətdə tamamlayacaq.
Söhbət Qazaxıstan Respublikasının Vitse-prezidenti İnstitutunun təsis edilməsindən və onun Konstitusiyada müvafiq təsbitindən gedir", - o qeyd edib. Bundan başqa, Tokayev hazırda Yerlan Karinin icra etdiyi dövlət müşaviri vəzifəsinin ləğv edilməsini təklif edib.