IMG-LOGO

Xarici kəşfiyyat: Bu il İrəvan-Bakı münasibətlərində sərhədlərin demarkasiyası ilə bağlı irəliləyiş ola bilər

20 Jan 2026 12:35 5 baxış
IMG

Ermənistanın Xarici Kəşfiyyat Xidməti hesab edir ki, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətləri 2026-cı ildə dəyişməyəcək.

"Report"un məlumatına görə, bu barədə qurumun dərc etdiyi hesabatda bildirilib.

"Ermənistanın KTMT-də üzvlüyünün dondurulmasının ləğvi, böyük ehtimalla, baş verməyəcək", - sənəddə qeyd olunub.

Bundan əlavə, Xarici Kəşfiyyat Xidməti həmçinin Azərbaycanla münasibətləri də qiymətləndirib.

Onun qiymətləndirməsinə görə, ötən ilin avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar nəticəsində Ermənistan və Azərbaycan arasında 2026-cı ildə hərbi eskalasiya ehtimalı aşağı hesab olunur, sülhün institusionallaşması ehtimalı isə artıb.

Bildirilib ki, 2026-cı ildə İrəvan və Bakı arasında münasibətlərdə ən çox ehtimal olunan irəliləyiş sərhəd demarkasiyası məsələlərində və iki ölkə arasında sərhədlərin demarkasiyası prosesində, ikitərəfli ticari-iqtisadi təşəbbüslərdə, cəmiyyətlər arasında dialoqda, humanitar və digər məsələlərdə qeydə alınacaq.

2024-cü ilin dekabr ayında Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan özünü KTMT-dən kənarda hesab edir, təşkilata qayıtmaq nöqtəsi keçilib.

Xəbər lenti