Azərbaycanın Qazaxıstandakı səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin səfirliyin binasında ucaldılmış büstü, eləcə də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş stendi önünə gül dəstələri qoyulub.
Tədbir iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.