IMG-LOGO

Fransa millisinin hücumçusu "Yuventus"a keçmək istəyir

20 Jan 2026 11:12 4 baxış
IMG

Fransa millisinin və İngiltərənin "Kristal Pelas" klubunun futbolçusu Jan-Filipp Mateta İtaliya təmsilçisi "Yuventus"a keçmək istəyir.

"Report" xəbər verir ki, bu barədə italiyalı insayder Nikolo Skira məlumat yayıb.

Onun sözlərinə görə, hazırda tərəflər arasında danışıqlar davam edir. 28 yaşlı hücumçu bu həftənin sonunadək Turin komandasına qoşula bilər.

"Yuventus" forvardı mövsümün sonunadək icarəyə götürmək niyyətindədir. "Qoca sinyora" oyunçunun transfer hüququna da sahib olmağı planlaşdırır.

Qeyd edək ki, Jan-Filipp Mateta cari mövsüm "Kristal Pelas"da 33 oyuna 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti