Mərakeşdə keçirilən futbol üzrə Afrika Millətlər Kubokunun final matçında Seneqal əlavə vaxtda Mərakeşi 1-0 hesabı ilə məğlub edib.
"Report" xəbər verir ki, qolu 94-cü dəqiqədə Pap Geye vurub.
Görüşün əsas vaxtı qolsuz heç-heçə ilə yekunlaşıb və əlavə 30 dəqiqə oynanılıb. Əlavə vaxtda seneqallı oyunçuların qolu video icmaldan sonra hesabdan silinib və Seneqalın qapısına penalti təyin edilib.
Seneqal millisinin baş məşqçisi, Moskva "Dinamo"sunun keçmiş oyunçusu Pap Tiyav etiraz əlaməti olaraq komandanın oyunçularını meydandan çıxarıb.
On beş dəqiqə sonra seneqallı futbolçular meydana qayıdıb və qapıçı Eduard Mendi Brahim Diazın penalti zərbəsinin qarşısını alıb.
Seneqal millisi Afrika Millətlər Kubokunu ikinci dəfə qazanıb. Onlar ilk dəfə 2021-ci ildə qalib gəliblər.
Üçüncü yer uğrunda matçda Nigeriya Misiri məğlub edib (0-0, penaltilərdə 4-2). Dias beş qol vuraraq turnirin ən çox qol vuran oyunçusu olub.