Türkiyə Suriyada yaşanan hadisələri yaxından izləyir.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial mediasındakı paylaşımında bildirib.
PA rəsmisi qeyd edib ki, Suriyada yaşanan hadisələrlə bağlı dezinformasiyalar da qurumun diqqətindədir:
"Dezinformativ və provokativ paylaşımlar edənlər barədə hüquq çərçivəsində lazımi tədbir görüləcək", - B. Duran qeyd edib.
Xatırladaq ki, Suriya ordusu PKK terror təşkilatının qolu olan "Suriya Demokratik Qüvvələri"nə qarşı geniş hərbi əməliyyat başladıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Əhməd Əl Şaraa ilə telefon danışığı apararaq prosesə dəstəyini ifadə edib.