IMG-LOGO

TikTok uşaqların yaşını müəyyən edib hesabını siləcək

20 Jan 2026 04:17 6 baxış
IMG
0 0

TikTok yaxın həftələrdə Avropada yeni yaş müəyyənləşdirmə sistemini istifadəyə verəcək.

Lent.az xəbər verir ki, sistem profil məlumatlarını, paylaşılan videoları və istifadəçi davranışlarını analiz edərək 13 yaşdan kiçik uşaqlara aid hesabları daha tez aşkar edib platformadan silməyi hədəfləyir.

Potensial olaraq azyaşlı hesablar əvvəlcə moderatorlar tərəfindən yoxlanılır. Bloklanan hesabların etiraz prosesində isə üz tanıma texnologiyası, kredit kartı yoxlaması və ya rəsmi sənədlərdən istifadə olunur.

TikTok bu texnologiyanı Avropa qanunlarına uyğun olaraq İrlandiya Məlumatların Qorunması Komissiyası ilə əməkdaşlıqla hazırladığını bildirib.

TikTok

Xəbər lenti