IMG-LOGO

Türkiyədə qar uçqunu nəticəsində bir nəfər ölüb

20 Jan 2026 03:11 5 baxış
IMG

Türkiyənin Giresun vilayətində qar uçqunu baş verib.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Güce rayonunda qeydə alınıb.

Məlumata görə, Mustafa Yiğit adlı çoban qar uçqununun altında qalıb.

Hadisə yernə axtarış-xilasetmə qrupu cəlb olunub. M. Yiğitin cansız bədəni qar yığınının altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti