IMG-LOGO

Əraqçi Davosdakı çıxışının ləğv edilməsinə münasibət bildirib

20 Jan 2026 01:17 3 baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçi Davos Ümumdünya İqtisadi Forumundakı çıxışının təşkilatçılar tərəfindən ləğv olunmasına münasibət bildirib.

"Report" xəbər verir ki, Əraqçi bununla bağlı "X" sosial media hesabında paylaşım edib.

İran xarici siyasət idarəsinin rəhbəri forum təşkilatçılarının bu qərarı ABŞ və İsrailin siyasi təzyiqləri fonunda qəbul etdiyini bildirib. Əraqçi sözügedən qərarın ikili standart olduğunu qeyd edib və bunu intellektual iflas kimi dəyərləndirib.

Qeyd edək ki, Əraqçinin sözügedən forumda çıxışının ləğv edilməsi ilə yanaşı, Münxen təhlükəsizlik konfransında iştirak üçün ona göndərilmiş dəvət də geri çəkilib. Həmin qərar təşkilatçılar tərəfindən İranda etirazların sərt şəkildə yatırılması fonunda qəbul edilib.

Xəbər lenti