IMG-LOGO

Gürcüstan Prezidenti 159 məhbusu əfv edib

19 Jan 2026 23:48 3 baxış
IMG

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili dini Xaç suyuna salınma bayramı ilə əlaqədar olaraq 159 məhbusu əfv edib.

"Report"un məlumatına görə, bu barədə dövlət başçısının Mətbuat xidməti açıqlama yayıb.

"Prezident Konstitusiyanın ona verdiyi istisna səlahiyyətlərdən istifadə edərək 159 məhbusu əfv edib", – bəyanatda qeyd olunub.

Məlumata əsasən, əfv humanizm prinsipi və dövlət maraqları əsasında həyata keçirilib.

Xəbər lenti