IMG-LOGO

"Yuventus"un Ronaldu ilə bağlı apellyasiyası rədd edilib

19 Jan 2026 21:54 4 baxış
IMG

Turin məhkəməsi İtaliyanın "Yuventus" klubunun Kriştianu Ronalduya 9,7 milyon avro ödəməsi ilə bağlı arbitraj qərarına verdiyi apellyasiya şikayətini rədd edib.

"Report" xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Arbitraj məhkəməsi 2024-cü ildə "Yuventus"u Ronalduya pandemiya dövründə təxirə salınmış maaş və bonusların bir hissəsi kimi 9,7 milyon avro ödəməyə məcbur edib. Sözügedən məbləğ 2021-ci ilə qədər razılaşdırılsa da, futbolçuya ödənilməyib və portuqaliyalı oyunçunun kluba qarşı iddia qaldırmasına səbəb olub.

Qeyd edək ki, 2018–2021-ci illərdə "Yuventus"da çıxış edən 40 yaşlı hücumçu "ağ-qaralar"ın heyətində 134 oyunda 101 qol vurub. Ronaldu "Yuventus"la iki İtaliya çempionluğu, iki Superkubok və bir İtaliya Kuboku qazanıb.

Xəbər lenti