İngiltərə millisinin müdafiəçisi Mark Qehi ölkəsinin "Mançester Siti" klubuna transfer olunub.
"Report" xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
O, Mançester təmsilçisi ilə 2031-ci ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Mark Qehi 2021-ci ildən "Kristal Pelas"da çıxış edirdi. Bundan başqa, o, yığmanın heyətində 26 oyunda forma geyinib və 1 qol vurub.