IMG-LOGO

Ərdoğan: İnanırıq ki, qonşumuz İran çətin günlərin öhdəsindən gələcək

19 Jan 2026 20:23 4 baxış
IMG

İnanırıq ki, qonşumuz İran bu günlərin öhdəsindən gələcək.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik etdiyi kabinet iclasından sonra bildirib.

Onun sözlərinə görə, Türkiyə İran hökumətinin mövcud böhranı dialoq və diplomatiya yolu ilə həll edəcəyinə ümid edir:

"Qonşumuz İran yeni bir çətinliklə üzləşir. Hamımız küçələrdə yazılmış ssenarini izləyirik. Türkiyə olaraq, əvvəldən prinsipial mövqeyimizi qorumağa davam edirik. Bizim fikrimizcə, problemlərin həlli danışıqlar masasındadır".

"Bölgəmizi xaosa apara biləcək hər hansı bir cəhdə qarşı çıxmağa davam edəcəyik", - Ərdoğan qeyd edib.

Xəbər lenti