"Karvan-Yevlax"ın yollarını ayırdığı baş məşqçisi Azər Həşimova ödədiyi təzminatın məbləği bəlli olub.
"Report"un əldə etdiyi məlumata görə, bölgə təmsilçisi 41 yaşlı mütəxəssisə 25 min manata yaxın kompensasiya ödəyib.
Baş məşqçi ötən ilin noyabrından bu ilin mayına qədər olan maaşını tam alıb. Hətta bəzi xərclər də nəzərə alınaraq Azər Həşimova aldığı maaşdan əlavə 7 min manat ödənilib.
Qeyd edək ki, tərəflər arasında 2025-ci ilin noyabrından bu yana razılıq əldə olunmurdu və müqaviləyə xitam verməklə bağlı problem yaşanırdı. Bu gün Azər Həşimovun sözləşməsi qarşılıqlı razılaşma əsasında pozulub.