Tarixdə ilk dəfə olaraq rəsmi şəkildə aktyorluq ustalığına görə bir it mükafat qazandı. “İndi” ləqəbli retriver “Astra” mükafatının qorxu filmində ən yaxşı rol nominasiyası üzrə laureatı oldu.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, İndinin qələbəsinə 2025-ci ildə çəkilən “Yaxşı oğlan” (Good Boy) filmində iştirakı səbəb olub. Ssenariyə əsasən, it sahibini qorumaq üçün fövqəltəbii qüvvələrlə mübarizə aparır. İndinin oyunu o qədər yüksək qiymətləndirilib ki, onu “öz nəslinin ən emosional aktyorlarından biri növündən asılı olmayaraq” adlandırıblar.
Qorxu və ya triller kateqoriyasında aldığı “Astra” mükafatı heyvanın aktyorluq istedadının bu səviyyədə ilk dəfə tanınması kimi tarixə düşüb. Filmin rejissoru Ben Leonberq olub və o, eyni zamanda İndinin sahibidir. Onun sözlərinə görə, 2017-ci ildə həyat yoldaşı, prodüser Kari Fişer ilə birlikdə balanı ailəyə götürəndə onu kino ulduzu etməyi planlaşdırmırdılar.
“Üç il çəkilişlər ərzində İndiyə bir dəfə də olsun qrim və saç düzümü lazım olmadı”, -Leonberq zarafatla bildirib.
O, həmçinin əlavə edib ki, it bu müddətdə sanki heç qocalmayıb.
İndi “Nova Scotia Duck Tolling Retriever” (yəni “toller”) cinsinə aiddir. Bu cins ördək ovuna görə yetişdirilib, buna görə də yüksək intellekt, aktivlik və insanla sıx əməkdaşlıq qabiliyyəti ilə seçilir. Məhz bu keyfiyyətlər ağıl və asan öyrədilmə uğurlu çəkilişlərin əsas amili olub. İndi sadəcə əmrləri yerinə yetirmir, o, həqiqətən bu işdən zövq alırdı.
Heyvanlar filmlərdə necə çəkilir?
İndi təbii istedad göstərsə də, mütəxəssislər qeyd edirlər ki, kadrlarda heyvanların işi ciddi hazırlıq prosesinin nəticəsidir. Adətən kino istehsalında peşəkar təlimçilərin (dresajçıların) cəlb olunması tələb olunur. Hərəkət tutma (motion capture) üzrə mütəxəssis Çaba Kevari izah edir ki, heyvanın çəkilişlərə hazırlanması 2-3 ay davam edir.
Bu müddətdə dördayaqlı “aktyorlar” kameralara, bədənlərindəki markerlərə alışır və çəkiliş meydançasında təbii şəkildə hərəkət etməyi öyrənirlər. Alimlər isə vurğulayırlar ki, İndinin uğuru yalnız cinslə bağlı deyil.
2022-ci il araşdırmaları təsdiqləyir: genetika itaətkarlığa meyli təsir etsə də, əsas rolu tərbiyə, mühit və heyvanın fərdi xüsusiyyətləri oynayır.
Maraq it