IMG-LOGO

Azərbaycanın Türkmənistandakı səfirliyi 20 Yanvar faciəsi ilə bağlı materiallar dərc edib

19 Jan 2026 13:19 2 baxış
IMG

Azərbaycanın Türkmənistandakı səfirliyi 20 Yanvar faciəsi ilə bağlı "20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq və milli qürur salnaməsi" başlıqlı materiallar dərc edib.

Bu barədə "Report"a səfirlikdən məlumat verilib.

Bildirilib ki, materiallar Azərbaycan xalqına qarşı törədilmiş cinayətin dünya ictimaiyyətinə, o cümlədən Türkmənistan cəmiyyətinə daha dolğun və obyektiv şəkildə çatdırılması məqsədilə ölkənin və Mərkəzi Asiya regionunun nüfuzlu informasiya resurslarından sayılan "NewsCentralAsia" və digər informasiya portallarında dərc edilib.

Eyni zamanda, sözügedən məlumatlar yerli media orqanlarına da təqdim olunub.

Dərc edilmiş materiallarda 20 Yanvar faciəsinin Azərbaycanın dövlət müstəqilliyinin bərpası prosesində mühüm dönüş nöqtəsi olduğu xüsusi vurğulanıb.

Həmçinin, səfirliyin rəsmi internet saytında və sosial şəbəkə hesablarında Azərbaycan, türkmən, ingilis və rus dillərində 20 Yanvar faciəsinə dair ətraflı məlumatlar və videomateriallar yerləşdirilib.

Bununla yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyinin və İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanatları da yayılıb.

Xəbər lenti