IMG-LOGO

"Qarabağ" "Ayntraxt"la matça təyinat alan isveçrəli hakimin idarə etdiyi bütün oyunlarda uduzub

19 Jan 2026 13:56 2 baxış
IMG

"Qarabağ" klubu isveçrəli FIFA referisi Sandro Şererin idarə etdiyi bütün avrokubok matçlarında məğlub olub.

"Report"un məlumatına görə, UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandası ilə oyuna təyinat alan hakim dördüncü dəfə "köhlən atlar"ın qarşılaşmasında iş başında olacaq.

37 yaşlı ədalət təmsilçisi ilk dəfə 2018-ci ildə Azərbaycan çempionunun UEFA Avropa Liqasının qrup mərhələsindəki məğlubiyyətinə şahidlik edib. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv həmin vaxt Ukraynada "Vorskla"ya uduzub - 0:1.

Sandro Şerer 2019-cu ildə eyni turnirin pley-off mərhələsində "Qarabağ"ın Şimali İrlandiyada "Linfild"ə yenildiyi görüşü (2:3) idarə edib. Bakıdakı oyunda 2:1 üstün olan "köhlən atlar" səfər qolu sayəsində qrup mərhələsinə vəsiqə qazanmışdı.

Son olaraq isveçrəli hakim Ağdam klubunun Türkiyənin "Sivasspor" komandasına 2020-ci ildə məğlub olduğu (0:2) UEFA Avropa Liqasının qrup mərhələsinin oyununda söz sahibi olub.

Bundan əlavə, S.Şerer AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin Bakıda Xorvatiya yığması ilə bərabərə qaldığı (1:1) qarşılaşmaya da təyinat almışdı.

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər lenti