IMG-LOGO

"Tottenhem" Xabi Alonsonu baş məşqçi postuna gətirmək istəyir

19 Jan 2026 12:32 4 baxış
IMG

İngiltərənin "Tottenhem" klubu baş məşqçi vəzifəsinə Xabi Alonsonu təyin etməkdə maraqlıdır.

"Report" xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

X.Alonsonun karyerasını davam etdirmək üçün digər variantları nəzərdən keçirməyə hazır olduğu bildirilib. Daha əvvəl mütəxəssislə Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunun da maraqlandığı qeyd olunmuşdu.

Qeyd edək ki, Xabi Alonso yanvarın 12-də "Real"ın (İspaniya) baş məşqçisi postundan istefaya göndərilib. "Tottenhem" hazırda 27 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Xəbər lenti