IMG-LOGO

Azərbaycan və Serbiya XİN-ləri arasında məsləhətləşmələr keçiriləcək - EKSKLÜZİV

19 Jan 2026 12:42 4 baxış
IMG

Azərbaycan və Serbiyanın Xarici İşlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələr fevralın 3-də Bakıda keçiriləcək.

Bu barədə "Report"a Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç bildirib.

Onun sözlərinə görə, cari il ərzində prezidentlərin qarşılıqlı səfərləri, xarici işlər nazirlərinin və parlament sədrlərinin səfərləri, həmçinin siyasi məsləhətləşmələrin keçirilməsi də daxil olmaqla, yüksək və ali səviyyədə ikitərəfli təmasların zəngin proqramı gözlənilir.

"Hesab edirəm ki, bu il ən azı on və hətta daha çox siyasi tədbir planlaşdırılıb. İlk tədbirlərdən biri fevralın 3-də Bakıda keçiriləcək növbəti çoxtərəfli siyasi məsləhətləşmələr olacaq. Serbiya Xarici İşlər Nazirliyinin dövlət katibi məsləhətləşmələrin keçirilməsi üçün Bakıya gələcək", - səfir qeyd edib.

Xəbər lenti