IMG-LOGO

Simonyan erməni müxalifətini spekulyasiyada ittiham edib

19 Jan 2026 12:56 4 baxış
IMG

Ermənistan parlamentinin 2020-ci ilin payızında baş vermiş 44 günlük müharibəni araşdıran istintaq komissiyasının hesabatı açıq şəkildə müzakirə edilə bilməz.

"Report" xəbər verir ki, bu barədə parlamentin sədri Alen Simonyan deyib.

"Bütün deputatların hesabatla tanış olmaq imkanı var, lakin onun məxfi məlumatlar ehtiva etməsi səbəbindən plenar iclasın keçirilməsi mümkün deyil. Məxfi məlumatlara çıxışı olan hər bir deputat hesabatla tanış ola bilər", - o deyib.

Xəbər lenti