IMG-LOGO

Yarım əsr əvvəl məktəbli qızın dəqiq və qəribə proqnozları - İndidən xəbər verir

19 Jan 2026 10:14 3 baxış
IMG
0 0

Böyük Britaniyanın Piterboro şəhərində 67 yaşlı usta Piter Bekerton köhnə mebelləri bərpa edərkən divanın içindən maraqlı bir tapıntı aşkarlayıb. O, 1969-cu ildə 11 yaşlı bir məktəbli tərəfindən yazılmış məktəb inşasını tapıb. Həmin inşada bu gün gündəlik həyatımızda istifadə etdiyimiz bəzi texnologiyalarla bağlı olduqca dəqiq proqnozlar yer alıb.

Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.

İnşanın üzərində tarix də qeyd olunub, 23 fevral 1969-cu il. Görünür, 11 yaşlı qız 1980-ci ildə həyatın necə olacağını təsəvvür edərək bu yazını qələmə alıb.

Məktəbli qız texnoloji sahədə böyük bir inqilab olacağını təxmin edib və hətta indiki dövrdə Zoom kimi tanınan videozəng texnologiyasına bənzər fikirlər səsləndirib.

O, telefon danışığını təsvir edərkən bildirib ki, gələcəkdə telefon aparatında ekran olacaq və televizorda olduğu kimi insan qarşı tərəfdəki şəxsi görərək danışa biləcək.

Qız həmçinin televizorların necə dəyişəcəyini də yazıb: “1969-cu ildə bu, qarşı hissəsində düymələri olan kvadrat qutu idi. İndi isə bu, böyük ekrandır və onu yandırıb-söndürmək üçün kreslonun qol hissəsində düymələr yerləşir”, - deyə 11 yaşlı məktəbli qeyd edib.

Bundan başqa, o, təxminən on il sonra evində düymə ilə açılan elektrik qapıların olacağını da düşünürdü.

maraq

Xəbər lenti