IMG-LOGO

Ötən il Azərbaycanda qeydiyyat üçün müraciət edən əcnəbilərin sayı açıqlanıb

19 Jan 2026 09:56 2 baxış
IMG

Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı 2025-ci il ərzində 217 min 779 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib.

Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, 2025-ci il ərzində 806 min 91 nəfərin Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı, 1248 nəfərin isə vətəndaşlıq məsələləri ilə bağlı müraciəti qeydə alınıb.

Sözügedən dövrdə 8984 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı DMX-yə müraciət ünvanlayıb.

Xəbər lenti