IMG-LOGO

Hindistan Ermənistana "Pinaka" idarə olunan raketlər göndərib

18 Jan 2026 20:13 3 baxış
IMG

Hindistanın müdafiə naziri Rajnat Singh, Naqpurdakı "Solar Defence and Aerospace Limited" (SDAL) zavodundan Ermənistana ilk "Pinaka" idarə olunan raketlərin göndərildiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "Hindu Business Line" məlumat yayıb.

Ermənistan daha əvvəl Hindistanla dörd "Pinaka" batareyasının tədarükü üçün müqavilə imzalayıb və bu müqaviləyə çoxlüləli sistemlər üçün idarə olunan raketlərin və digər müdafiə avadanlıqlarının ixracı da daxil olub.

Buraxılış sistemlərinin çatdırılması 2023-cü ilin iyul ayında başlayıb və 2024-cü ilin noyabr ayına qədər başa çatıb.

Qeyd edək ki, 2022-2023-cü illərdə Hindistan istehsal etdiyi silahların 43 faizini Ermənistana satıb, 2024-2025-ci illər üçün isə 600 milyon dollar həcmində silah alınması barədə iki dövlət arasında müqavilələr imzalanıb.

Milyonlarla dollarlıq kontraktlarda təkcə "Pinaka" sistemlərinin deyil, haubitsaların, tank əleyhinə raketlərin və antidron avadanlığının alınması nəzərdə tutulub. Bundan əlavə Ermənistan növbəti üç il ərzində Hindistandan 90 ədəd ATAGS haubitsaları almalıdır və onlardan 6-sı artıq Ermənistana çatdırılıb.

Xəbər lenti