IMG-LOGO

Samvel Karapetyan istintaq təcridxanasından ev dustağlığına buraxılıb

18 Jan 2026 16:18 4 baxış
IMG

Rusiyalı iş adamı Samvel Karapetyan Milli Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasından ev dustağlığına qayıdıb.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, onlarla vətəndaş sahibkarı qarşılamaq üçün onun İrəvandakı malikanəsinin qarşısında toplaşıblar.

Xatırladaq ki, S.Karapetyan Ermənistanda hakimiyyətin devrilməsinə çağırış və maliyyə fırıldaqçılığı ittihamı ilə Ermənistan məhkəməsi tərəfindən həbs edilib.

Yanvarın 17-də Ermənistanın Antikorrupsiya Apellyasiya Məhkəməsi iş adamının girov və ölkəni tərk etməmək haqqında iltizam tətbiq etməklə ev dustağlığına qaytarılması barədə qərar verib. Məhkəmə, həmçinin, ictimai çıxışlarla bağlı qadağaları aradan qaldırıb. "Mer cevov" ("Bizim üsulla") hərəkatı yanvarın 17-də bəyan edib ki, Karapetyan növbəti həftə vacib siyasi bəyanatla çıxış edəcək.

Xəbər lenti