IMG-LOGO

Viktor Orban: Brüssel Avropanın pullarını Rusiyanın məğlub olacağını düşündüyü müharibəyə yönəldir

17 Jan 2026 14:56 2 baxış
IMG

Brüssel (Avropa İttifaqı - müəl.) Avropa vergiödəyicilərinin pullarını Rusiyanın məğlub olacağı və təzminat ödəyəcəyi xülyasına əsaslanan bir müharibəyə yönəldir.

"Report" xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban "X"də yazıb.

Onun sözlərinə görə, Ukrayna artıq növbəti addımı atıb və öz xərc tələblərini hazırlayıb:

"800 milyard avro - Ukraynanın qarşıdakı 10 il üçün müəyyən etdiyi məbləğ məhz budur. Macarıstan üçün bu vəsait 40 il müddətində pensiyaların, 60 il müddətində isə ailələrə dəstəyin maliyyələşdirilməsinə kifayət edərdi. Buna baxmayaraq, Brüssel Avropa vergiödəyicilərinin pullarını Rusiyanın məğlub olacağı və təzminat ödəyəcəyi xülyasına əsaslanan bir müharibəyə yönəldir"..

V.Orban həmçinin vurğulayıb ki, nağıllar Avropanın büdcəsində yer almamalıdır.

Xəbər lenti