ABŞ-da 11 yaşlı oğlan oyun konsolu ilə bağlı yaranan mübahisə zamanı atasını güllələyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Pensilvaniya ştatında baş verib. Münaqişəyə səbəb atanın oyun konsolunu yatmazdan əvvəl oğlunun əlindən alması olub.
Əsəbiləşən uşaq seyfin açarını tapıb, atasına məxsus revolver markalı tapançanı götürərək yatdığı yerə onu güllələyib. Hadisədən dərhal sonra oğlan “Mən atamı öldürdüm” deyib.
İstintaq zamanı yeniyetmə törətdiyi əməli təsdiqləyib və bildirib ki, qəzəbin təsiri altında hərəkət edib, nəticələri barədə düşünməyib. Hazırda ona qəsdən adam öldürmə maddəsi ilə rəsmi ittiham irəli sürülüb.
Bu iş üzrə ilk məhkəmə iclası yanvarın 22-nə təyin olunub.
Hadisələr