IMG-LOGO

Səfir: "Çin Azərbaycanı regional nəqliyyat qovşağının yaradılmasında dəstəkləycək"

25 Dec 2025 12:58 3 baxış
IMG

Çin Bakı ilə "Kəmər və Yol" təşəbbüsü çərçivəsində əməkdaşlığı yüksək səviyyədə inkişaf etdirməyə davam etmək niyyətindədir və Azərbaycanın regional nəqliyyat qovşağı formaşlalaşdırmasına dəstək üçün yük resursları, texnologiyalar və kapital sahəsində öz imkanlarını səfərbər etməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey ilin yekunlarına dair brifinqdə bildirib.

"İki ölkə arasında nəqliyyat infrastrukturu sahəsində əməkdaşlıq əhəmiyyətli irəliləyiş əldə edib. Bu ilin yanvar-noyabr aylarında Çindən Azərbaycana Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə 351 yük qatarı göndərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34 % çoxdur. Bu il Çjetszyan əyalətinin Tszinxua və İu şəhərlərindən, həmçinin Pekin və Şencjendən ilk transxəzər yük qatarları işə salınıb".

Diplomat əlavə edib ki, Çindən gələn mallar Orta Dəhlizin ən böyük yük mənbəyinə çevrilib və bu, onun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırıb: "Çindən göndərilən qatarlar Orta Dəhlizin panoramasını formalaşdırır".

Diplomat, həmçinin xatırladıb ki, Azərbaycan-Çin birgə müəssisəsi olan "Azerbaijan Energy Automotive Factory" MMC 2025-ci ilin sonunadək 300 BYD markalı elektrikli avtobus istehsal etməyi və onları Bakı, Naxçıvan, eləcə də Qarabağda istismara verməyi planlaşdırır.

Onun sözlərinə görə, 50 BYD elektrikli avtobusdan ibarət ilk partiya artıq uğurla istismara verilib.

Xəbər lenti