IMG-LOGO

Azərbaycan Pakistandan sarıkök tədarükünü bərpa edib

17 Jan 2026 13:07 5 baxış
IMG

Ötən ilin ilk 10 ayında Azərbaycan 981 min ABŞ dolları dəyərində 547 ton sarıkök idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 % çox, kəmiyyət olaraq – 5 % azdır.

Hesabat dövründə Azərbaycan Hindistandan 639 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % az) 323 ton (-11 %), İrandan 292 min ABŞ dolları dəyərində (+20 %) 213 ton (+8 %), Türkiyədən 39,41 min ABŞ dolları dəyərində (+5 %) 4,23 ton (+11 %), Pakistandan 8,3 min ABŞ dolları dəyərində 1,2 ton, Birləşmiş Ərəb Əmirliklərindən 2 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 0,99 ton (+65 %) məhsul alıb.

Azərbaycan 5 il 8 aylıq fasilənin ardından Pakistandan tədarükü bərpa edib.

Xəbər lenti