IMG-LOGO

Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq

17 Jan 2026 09:19 72 baxış
IMG

Bu gün Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, yanvarın 17-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 11 saylı 10 kV-luq hava xəttində təmir işi aparılacaq.

Bildirilib ki, yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin ərazilərə elektrik enerjisinin verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Mənbə: report.az

Xəbər lenti