IMG-LOGO

Venesuelanın müdafiə naziri Maduronun ələ keçirilməsi zamanı 83 nəfərin öldürüldüyünü bildirib

17 Jan 2026 08:06 3 baxış
IMG

ABŞ-nin 3 yanvarda etdiyi hücum nəticəsində 47 Venesuela hərbçisi və 32 Kuba əsgəri də daxil olmaqla 83 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə Venesuela müdafiə naziri Vladimir Padrino Lopes yerli "Primicia" nəşrinə bildirib.

"ABŞ hərbi məqsədinə nail olub, amma Vətən öz mövqeyində dayanır. Həyatını qurban verən 47 kişi və qadın var", - deyə Padrino Lopes bildirib. O, əlavə edib ki, ən azı 112 nəfər yaralanıb.

8 yanvarda Venesuela daxili işlər naziri Diosdado Kabello ABŞ-nin ölkəyə hücumu nəticəsində ən azı 100 nəfərin öldüyünü bildirib.

Xəbər lenti