IMG-LOGO

Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb

17 Jan 2026 06:09 2 baxış
IMG

Suriya Prezidenti Əhməd əl-Şaraa kürdlərin hüquqlarını qoruyan fərman imzalayıb. Orada kürdlərin Suriya cəmiyyətinin ayrılmaz hissəsi olduğu və ölkə tarixində ilk dəfə olaraq kürd dilinin dövlət dili kimi tanındığı bildirilib.

"Report"un xəbərinə görə, bu barədə AFP məlumat yayıb.

Fərmana əsasən, kürd dili əhalinin, yəni kürdlərin əhəmiyyətli bir hissəsini təşkil etdiyi ərazilərdəki məktəblərdə tədris olunacaq.

1962-ci il əhali siyahıyaalınmasında vətəndaşlıqdan məhrum edilmiş kürdlərə vətəndaşlığın bərpası hüququ verilib. Bundan əlavə, 21 martda qeyd olunan kürd bayramı Novruz rəsmi status alıb.

Xəbər lenti