ABŞ Prezidenti Donald Tramp iddia edib ki, hazırda Venesuelaya ABŞ nəzarət edir.
"Report"un məlumatına görə, bunu Donald Tramp Palm-Biçdəki (Florida ştatı) küçələrdən birinin adının onun şərəfinə dəyişdirilməsi münasibətilə etdiyi çıxışında bildirib.
O, həmçinin Venesuela prezidenti Nikolas Maduronun ABŞ-a və dünyanın qalan hissəsinə qarşı cinayətlərə görə məsuliyyət daşıdığını bildirib.
Tramp Venesuelaya işarə edərək deyib: "Bu ayın əvvəlində buradan, Mar-a-Laqo mülkümdən qeyd etdiyim kimi, Maduronu ABŞ-yə və dünyanın qalan hissəsinə qarşı cinayətlərinə görə ələ keçirdik və indi bu ölkəni biz idarə edirik".
Onun fikrincə, Venesuela cəmi bir həftə ərzində kəskin şəkildə dəyişən fərqli bir ölkədir.