IMG-LOGO

"Mossad"ın rəhbəri İranla bağlı vəziyyəti müzakirə etmək üçün ABŞ-yə gedib

16 Jan 2026 16:23 2 baxış
IMG

İsrail kəşfiyyat xidməti "Mossad"ın rəhbəri David Barnea İranla bağlı vəziyyəti müzakirə etmək üçün ABŞ-yə gedib.

"Report" xəbər verir ki, "Axios" mənbələrə istinadən bu barədə məlumat yayıb.

Məlumata əsasən, danışıqlar iki ölkə arasında məsləhətləşmələr çərçivəsində keçiriləcək. "Mossad" rəhbərinin Mayamidə Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşəcəyi gözlənilir. D.Barneanın ABŞ Prezidenti Donald Trampla görüşüb-görüşməyəcəyi hələlik məlum deyil.

Daha əvvəl, Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. "The New York Times"ın məlumatına görə, Netanyahu Trampı İrana zərbə endirməyi təxirə salmağa çağırıb.

Xəbər lenti