Yayılan xəbərlərə görə “Google Pixel 10a” gözləniləndən tez; fevralın əvvəlində təqdim olunaraq ayın ortasında satışa çıxarıla bilər.
Lent.az xəbər verir ki, bu addım “Google”un “Samsung Galaxy A” seriyası və “iPhone 17e” ilə rəqabət planının bir hissəsi sayılır.
“Pixel 10a”nın Obsidian, Mist, Lavender və Blackberry rənglərində təqdim ediləcəyi bildirilir.
Telefonun 6,28 düymlük FHD+ AMOLED (120 Hz) ekran, 5100 mAh batareya, 128/256 GB yaddaş, 48 MP əsas + 13 MP ultra geniş kamera və 13 MP selfi kamerası ilə təchiz olunacağı gözlənilir.
Prosessor tərəfdən isə yenilik olmayacağı, cihazın Tensor G4 çipi ilə davam edəcəyi bildirilir.
Google Pixel