ABŞ-ın “GRU Space” şirkəti Ayda otel və yaşayış məkanları tikməyi planlaşdırdığını açıqlayıb.
Lent.az xəbər verir ki, şirkət Ayda istirahət ideyası üçün 250 min – 1 milyon dollar depozitlə rezervasiyalar açıb. İlk missiyaların 6 il ərzində baş tutması nəzərdə tutulur.
Layihə çərçivəsində 2029-cu ildə Ay səthində şişmə yaşayış strukturları və Ay torpağından tikinti materialı hazırlanması test ediləcək.
İlk otelin 2032-ci ildə fəaliyyətə başlaması və eyni vaxtda 4 qonaq qəbul etməsi planlaşdırılır.
Şirkətin gənc qurucusu Skayler Çan bildirib ki, məqsəd təkcə kosmonavtlar üçün deyil, hamı üçün kosmik səyahəti mümkün etmək və Ayı qalmağa dəyər bir məkana çevirməkdir.
Ay