IMG-LOGO

Kerolayin Livitt: Tramp İranla bağlı bütün variantları istisna etmir

15 Jan 2026 23:28 3 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp İrana qarşı heç bir hərəkət variantını istisna etmir.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayin Livitt jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə bildirib.

"Prezident (İrandakı vəziyyəti) yaxından izləməyə davam edir, eyni zamanda bütün variantları nəzərdən keçirməyə davam edir. Həqiqət budur ki, yalnız Prezident Tramp nə edəcəyini bilir və çox, çox kiçik müşavir qrupu onun bu barədə düşüncələrini bilir", - o, Vaşinqtonun Tehrana qarşı mümkün hərbi güc tətbiqi ilə bağlı suala cavab olaraq bildirib.

Onun sözlərinə görə, Tramp İrandakı vəziyyəti yaxından izləməyə davam edir. "Dünən (14 yanvar - red.) biz qətllərin və edamların dayandırılacağını öyrəndik. Gördüyümüz kimi, nəticədə 800 insanın həyatı xilas edilib", - Ağ Evin mətbuat katibi hesab edir.

Xəbər lenti