IMG-LOGO

Zelenski: Albaniya bu il PURL proqramına qoşula bilər

15 Jan 2026 21:07 3 baxış
IMG

Albaniya artıq 2026-cı ildə PURL ("Prioritized Ukraine Requirements List") proqramına qoşula bilər.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Albaniyanın Avropa və xarici işlər məsələləri üzrə naziri Elisa Spiropali ilə keçirilən görüşün yekunlarına dair öz teleqram kanalında yazıb.

Zelenski qeyd edib ki, səfər Ukrayna üçün çox çətin günlərdə baş verir və bu, güclü dəstək siqnalıdır. E.Spiropali reabilitasiya keçən hərbçiləri ziyarət edib və Ukrayna rəhbərliyi ilə strateji əməkdaşlıq məsələlərini müzakirə edib.

"Görüşdə ilk növbədə hərbi əməkdaşlıq və ölkələrimizin ümumi məqsədi hesab etdiyimiz Avropa İttifaqına inteqrasiya müzakirə olunub, həmçinin PURL proqramının inkişafı, xüsusilə Albaniyanın bu il ona mümkün qoşulmasından danışılıb", - Ukrayna lideri vurğulayıb.

V.Zelenski həm də Ukrayna və tərəfdaşlarının sülh naminə diplomatik səylərini qeyd edib və Rusiyaya qarşı sanksiyaların Moskvanın hərbi fəaliyyətini məhdudlaşdıran bir vasitə kimi əhəmiyyətini vurğulayıb.

Xəbər lenti